- ALTAY TƏBİƏTİNİN TÖHFƏSİ
- MUMİYO. Təbiətin bu əvəzolunmaz neməti qədim zamanlardan Altay, Hind və Tibet təbabətində, müxtəlif xəstəliklərin müalicəsi və xarici görünüşün yaxşılaşdırılması məqsədilə geniş istifadə edilir.Şərqdəki kimi adlandırsaq, bu dağ qatranının faydalı xüsusiyyətləri, onun təbii mənşəyi ilə əlaqəlidir. Onun tərkibində 60-dək mikroelement, həmçinin, 30-a yaxın üzvi və mineral birləşmələr, aminturşuları, vitaminlər vardır. Bütün bu elementlər əsrlər boyu Altay Dağlarının təbii saxlanclarında formalaşaraq, dağların gücünü və ruhunu özünə hopdurmuş qatranı – Mumiyonu ərsəyə gətirir.
- MƏNŞƏYİ
- MUMİYO – bitkilərin, həşəratların və heyvanların həyat fəaliyyətinin nəticəsi olaraq əmələ gəlmiş, üzvi və qeyri-üzvi birləşmələrin kompleksindən ibarət, qara rəngli, qatrana bənzər bir maddədir. Altay dağlarının daş laylarında uzunmüddətli mövcudluğu mumiyonu təbiətin bioloji aktiv maddələri ilə zənginləşdirir və o, qatı bir axıntı formasında qayaların çatlarından kənara çıxır.Mumiyo – Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Digər bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) kimi o da normal qidalanmanı əvəz etmir.
- MUMİYONUN FAYDALARI
- MUMİYONUN qeyri-adi zəngin tərkibi, onu effektiv vasitəyə çevirir. Mumiyo müxtəlif soyuqdəymələr, qrip, haymorit, angina və öskürək əleyhinə istifadə edilir. Həmçinin, mədə-bağırsaq sisteminə müsbət təsir göstərən bu məhsul, iştahı və həzm prosesini yaxşılaşdırır, qastrit və xoralar zamanı ağrıları yüngülləşdirir, ürəkbulanmanın, qıcqırma və meteorizmin qarşısını alır. Ağrıkəsici effektinə görə baş ağrılarında qəbul edilir və yuxunu tənzimləyir. Orqanizmdə göstərdiyi hüceyrələrin bərpası xüsusiyyətlərinə görə, mumiyo, oynaq ağrılarında, artritlərdə, revmatizmlərdə, yanıq, sınıqlar və əzilmələr zamanı istifadə edilir. Bu təbii məhsul, qanın tərkibini yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir, varikoz və tromboflebitdə kömək edir.Bütün bunlardan əlavə, mumiyonun qəbulu hormonal fonu normallaşdırır, qadınlarda və kişilərdə reproduktiv sistemin fəaliyyətinə müsbət təsir göstərir.AŞAĞIDAKI HALLARDA PROFİLAKTİK MƏQSƏDLƏRLƏ DAXİLƏ QƏBUL OLUNUR:
- yaşlılıqla əlaqəli sınıqlar;
- qastritlər və mədə-bağırsaq xoraları;
- sidik-cinsiyyət orqanlarının iltihabı;
- böyrək daşı və digər böyrək xəstəlikləri;
- allergiya, dəri səpmələri və sızanaqlar;
- artritlər və artrozlar;
- görmə zəifliyi;
- maddələr mübadiləsi pozğunluğu və qəbizlik;
- ürək-damar sistemindəki dəyişikliklər;
- venaların varikoz genişlənməsi;
- mastit.
Həmçinin, immunomodulyator kimi qəbul edilir.
QƏBUL QAYADALARI
MUMİYONUN — gündə 1 dəfə 1,2 qram (noxud boyda = 1 ölçü qaşığı = 1/4 çay qaşığı) və ya gündə 2 dəfə 0,6 qram ( ½ noxud boyda = ½ ölçü qaşığı = 1/8 çay qaşığı) səhər 10 dəqiqə yeməkdən əvvəl və axşam 2 saat yeməkdən sonra daxilə qəbulu məsləhət görülür. Onu ağız boşluğunda sormaqla və ya az miqdarda suya (həmçinin, südə, bala) qatmaqla qəbul etmək olar. Müalicə kursu 3 həftədir. Daha yaxşı effekt almaq üçün ildə 3-4 kurs tövsiyə edilir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin!
QARQARA KİMİ AĞIZ BOŞLUĞUNUN İLTİHABINDA İSTİFADƏSİ:
3 qram mumiyo 1 stəkan suda həll edilir. 1/3 stəkandan gündə 3 dəfə, 7 gün ərzində ağız boşluğu yaxalanır.KOSMETİK MƏQSƏDLƏR ÜÇÜN MUMİYO MASKALAR, KOMPRESLƏR VƏ YAXMALAR ŞƏKLİNDƏ İSTİFADƏ OLUNUR.
Bunun üçün 1 çay qaşığı mumiyo, eynicinsli sıyıq alınana qədər su ilə qatılır. Maskanı ayda 2 dəfədən çox təkrarlamaq məsləhət görülmür.BƏRKİMİŞ MUMİYONU NECƏ BƏRPA ETMƏLİ?
Bərkimiş mumiyonu istifadə üçün nəmləndirmək lazımdır. Bunun üçün qalan mumiyonun yarısı qədər içməli suyu təmiz qaba töküb, bir-birinə qatmadan, hər iki qabı – mumiyo və su olan qabı – qapağı açıq vəziyyətdə, havasız bir yerə, məsələn, polietilen paketə yerləşdirirlər. 10-12 saat saxlayırlar. Mumiyo ona lazım olan qədər nəmi çəkib, yumşaq halını bərpa edəcəkdir. Əgər mumiyo lazımi yumşaqlığını almazsa, onu bu vəziyyətdə bir qədər daha saxlamaq olar.
SAXLAMA QAYDASI:
-5°C — +25°С, nisbi rütubət 75%-dək.
İstifadə müddəti: 3 il
Uşaqların əli çatmayan yerdə saxlayın!ƏKS GÖSTƏRİŞLƏR:
Tərkibindəki maddələrə qarşı fərdi həssaslıq.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin!
Altay Mumiyosu
15,00 ₼
MUMİYO. Təbiətin bu əvəzolunmaz neməti qədim zamanlardan Altay, Hind və Tibet təbabətində, müxtəlif xəstəliklərin müalicəsi və xarici görünüşün yaxşılaşdırılması məqsədilə geniş istifadə edilir.
Brend |
Alteya |
---|
1 reviews for Altay Mumiyosu
Clear filtersParturient ut id tellus vulputatre ac ultrlices a part ouriesnt sapien dignissim partu rient a a inter drum vehicula. Ornare metus laoreet tincidunt eros rolem tristique pretium malada.
Cras rhoncus vivamus luctus platea arcu laoreet selm. Curae est condenectus sed hac a parturient vestibulum.
MAECENAS IACULIS
Vestibulum curae torquent diam diam commodo parturient penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse parturient a.Parturient in parturient scelerisque nibh lectus quam a natoque adipiscing a vestibulum hendrerit et pharetra fames nunc natoque dui.
ADIPISCING CONVALLIS BULUM
- Vestibulum penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse.
- Abitur parturient praesent lectus quam a natoque adipiscing a vestibulum hendre.
- Diam parturient dictumst parturient scelerisque nibh lectus.
Scelerisque adipiscing bibendum sem vestibulum et in a a a purus lectus faucibus lobortis tincidunt purus lectus nisl class eros.Condimentum a et ullamcorper dictumst mus et tristique elementum nam inceptos hac parturient scelerisque vestibulum amet elit ut volutpat.
Altai Maral Bioproducts –
.