Sidr yağı (Pinus Sulvestrus Cone oil)
Sidr qozasının yağı vitaminlər və mikroelementlərlə zəngin tərkibə malikdir və orqanizm tərəfindən çox yaxşı mənimsənilir. Sidr yağında E Vitamininin miqdarı Zeytun yağındakına nisbətən 5 dəfə çoxdur. E Vitaminini, adətən, “nəsil davamçısı” vitamini adlandırırlar. Sidr yağının mütəmadi qəbulu, orqanizmdə hormonal fonun yaxşılaşmasına və reproduktiv funksiyanın güclənməsinə səbəb olur. Hamiləlik zamanı isə inkişaf etməkdə olan dölü, ətraf mühitin zərərli təsirlərindən qoruyuq. Uşaqlara da təyin edilən bu yağ, cavan orqanizmin düzgün inkişafına öz müsbət təsirini göstərir. Sidr yağı, həmçinin, P Vitamini ilə zəngin olub, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda kirəcləşmənin qarşısını alır.
Qəbul qaydası: Gündə 1 çay qaşığı x3 dəfə, yeməkdən əvvəl və ya yemək vaxtı, susuz. Kurs 20 gün olmaqla, ildə bir neçə dəfə təkrarlana bilər.
Kulinariyada: Sidr yağı hazır yeməklərə, sıyıqlara, şorbalara, salatlara qatılır və xüsusi ətir vermək üçün şirniyyatlara əlavə edilir. Həmçinin, saxlanma müddətinin artırılması məqsədilə konservlərə qatılır.
Kosmetologiyada: Sidr yağı dərini qidalandırır, tonusunu yüksəldir və qırışların əmələ gəlmə prosesini ləngidir. Bunun üçün gecə yatmazdan əvvəl üz və boyun dərisinə sürtülür. Saçları möhkəmləndirir, saç soğanaqlarının qıcıqlanıb, canlanmasına səbəb olur ki, bunun da nəticəsində saçlar daha sıx və güclü inkişaf edir. Yağ azca ilıq vəziyyətdə saçlara və baş dərisinə sürtülür, yüngül masaj edilir və dəsmalla bükülür. 40 dəqiqə sonra şampunla yuyulur.
Reviews
Clear filtersThere are no reviews yet.