Dəridə baş vermiş mənfi təsirlərin (soyuq, külək, rütubət, gün yandırma və başqa növ istilik təsiri) aradan qaldırılması üçün, yardımçı kosmetik vasitə kimi xaricə istifadə olunur.
Aerozolun tərkibindəki D-Pantenol (Deksapantenol) günvurma və digər yanıqlar zamanı dərini sakitləşdirir, toxumalarında regenerasiyanı yaxşılaşdırır, dərini nəmləndirir və üzərindəki qızartını aradan qaldırır.
İstifadə qaydası: Balon 5-10 dəfə, yaxşıca çalxalanır, başlığı sıxılır və çıxan köpük dəriyə yönəldilir. 10sm məsafədən püskürdülməklə, krem (köpük) dəriyə hərtərəfli, bərabər yaxılır. Sutkada bir və ya bir neçə dəfə, qeyri-məhdud miqdarda istifadə oluna bilər.
Tərkibi: saflaşdırılmış su, tetrafluoroetan, soya yağı, qliserin, D-pantenol, stearin turşusu, setil spirti, trietanolamin, mayasarmaşığı, bağayarpağı, dazıotu, çobanyastığı cövhərləri, lanolin, alantoin, fenoksietanol, etilheksilqliserin, vitamin E, kolloid gümüş konsentratı.
Reviews
Clear filtersThere are no reviews yet.