Balqabaq yağı F Vitamini ilə zəngindir. F Vitamini yağlar mübadiləsini normallaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır, həmçinin, orqanizmi zərərli maddələrdən: şlaklardan və toksinlərdən təmizləyir.
Balqabaq yağı aterosklerozun profilaktikasında, prostatitlərdə və prostat vəzinin adenomasında, mədə və onikibarmaq bağırsaq xəstəliklərində, qastrit, kolit, proktitlərdə, qəbizlik və düz bağırsağın çatları zamanı istifadə edilir.
Qəbul qaydası: Gündə 1-2 çay qaşığı x3 dəfə, yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra, susuz. Daha çox qəbul etmək də olar.
Kulinariyada: Balqabaq yağı salatlara, sıyıqlara və sulu yeməklərə qatılır. Yeməklərə xoş dad və ətir verir.
Kosmetologiyada: Balqabaq yağı nəmi saxlama xüsusiyyətinə görə quru və həssas dərilərə tövsiyə edilir. Yaşlanmaqda olan dərinin üst təbəqəsini bərpa edir və ona elastiklik verir. Azca isidilmiş yağdan üz və dekalte maskaları qoyulur.
Reviews
Clear filtersThere are no reviews yet.