Magnezium, Kalium, Calsium, Brom duzlarının, mikroelementlərin, bitki cövhərlərinin və digər mineral maddələrin optimal vəhdəti, bədənindəki gərginliyi, ağrıları götürür, bəzi iltihab prosesləri aradan qaldırır, adama yüngüllük gətirir.
Bu vannaların qəbulu oynaq xəstəliklərində, osteoxondroz və osteoartrozda, dayaq-hərəkət aparatının funksional pozğunluqları zamanı tövsiyə olunur.
Ümumi istifadə qaydasından başqa, əllərdə və ayaqlarda oynaq ağrılarını azaltmaq üçün, 40*C suda 10 litrə 200 qram duz qatılmaqla, vannalar hazırlanır. Vannada duzun qatılığı yüksəldikcə ağrıkəsici effekt artır.
Aktiv komponentləri:
Yovşan cövhəri – sakitləşdirici və yüngülləşdirici effekt göstərir.
Boymadərən cövhəri – damar divarlarını qoruyur, sərbəst radikalların fəaliyyətini dayandırır.
Nanə – yüngül yerli keyidici və ağrıkəsici təsir göstərir.
Kafur – qan dövranını yaxşılaşdırır, əzələ və oynaq ağrılarını yüngülləşdirir.
Reviews
Clear filtersThere are no reviews yet.