Küncüt yağının tərkibində əvəzolunmaz aminturşular, mikroelementlər (Maqnezium; Kalium; Fosfor; Manqan; Dəmir, Kalsium) və vitaminlər (E və C) vardır. Küncüt yağı zehni yorğunluq, gərginlik, yaddaş və diqqət pozğunluğu zamanı məsləhət görülür. Küncüt yağının gündəlik qəbulu, yaşla əlaqədar olan bir çox xəstəliklərin, aterosklerozun, hipertoniyanın, aritmiyanın, taxikardiyanın, ürəyin işemik xəstəliyinin, osteoporozun, həmçinin, infarkt və insultun profilaktikasında önəmli rol oynayır.
Qəbul qaydası: Gündə 1-2 çay qaşığı x3 dəfə, yemək vaxtı, susuz. Daha çox qəbul etmək də olar.
Kulinariyada: Küncüt yağı salatlara, soyuq və isti yeməklərə, marinad və souslara qatılır. Qatıldığı yeməklərə xoş dad və xüsusi ətir verir.
Kosmetologiyada: Maskaların, üz və bədən kremlərinin əsası kimi istifadə olunur. Küncüt yağı təbii antioksidant olub, dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Ultrabənövşəyi şüaları zərərsizləşdirmə xüsusiyyəti bu yağı günəşdən müdafiə kosmetikasının əvəzolunmaz komponentinə çevirir. Küncüt yağı, həmçinin, göz ətrafının zərif dərisinə və həssas uşaq dərisinə çəkilir. Küncüt yağı saçları möhkəmləndirir, onlara yumşaqlıq və parlaqlıq verir. Bunun üçün yağ başın dərisinə sürtülür və 30 dəqiqə sonra şampunla yuyulur. Prosedur həftədə 1-2 dəfə təkrarlanır.
Reviews
Clear filtersThere are no reviews yet.