Qoz yağının tərkibi A, E, C və B qrup vitaminlərlə, həmçinin, yağ turşuları, makro və mikro elementlərlə (Fe, Cu, Ca, Mn və s.) zəngindir. Qoz yağının requlyar qəbulu zehni əmək qabiliyyətini artırır, yaddaşı yaxşılaşdırır, həyat tonusunu yüksəldir, orqanizmin müdafiə funksiyasını gücləndirir, qanda xolesterinin səviyyəsini tənzimləyir. Qocalma prosesini ləngidir, orqanizmi cavanlaşdırır. Ateroskleroz, hipertoniya, qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən şəxslərə məsləhət görülür.
Qəbul qaydası: Gündə 1-2 çay qaşığı x3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl, susuz. Daha çox qəbul etmək də olar.
Kulinariyada: Qoz yağı, dadına və faydasına görə mətbəxdə geniş istifadə olunur. Şirniyyatlara, salatlara, ət və balıq yeməklərinə əlavə edilir.
Kosmetologiyada: Qoz yağı dərini çox yaxşı nəmləndirir, qidalandırır və yumşaldır. Bu xüsusiyyətlərinə görə o, quru və yaşlanmaqda olan dəriyə qulluq üçün tətbiq edilir. Qoz yağı ilə hazırlanmış saç balzamı və maskası saçlara parlaqlıq və yumşaqlıq verir, onların bərpasına kömək edir.
Reviews
Clear filtersThere are no reviews yet.