Günəş şüalarının təsirinə və digər termik təsirlərə məruz qalmış, hər tip dəriyə qulluq üçün istifadə olunur.
Aerozolun tərkibindəki – Vitamin E günəşlənmədən sonra, dərini ultrabənövşəyi şüaların əmələ gətirdiyi sərbəst radikalların mənfi təsirlərindən qoruyur; D-Pantenol dərini sakitləşdirir, onun qızarmış və həssaslaşmış hissələrini bərpa edir, quruluq və dartılma hissini aradan qaldırır; Mentol dərini təravətləndirir; Aloe-Vera – güclü biogen stimulyator olduğundan, dəriyə kompleks bərpaedici və nəmləndirici təsir göstərir, zərərli şüalaradan qoruyur. Aloe-Vera geli dəriyə dərindən nüfuz edərək, kapilyar qan dövranını stimullaşdırır, kollagenin sintezini artırır, maddələr mübadiləsini aktivləşdirir.
İstifadə qaydası: Balon 5-10 dəfə, yaxşıca çalxalanır, başlığı sıxılır və çıxan köpük dəriyə yönəldilir. 10sm məsafədən püskürdülməklə, krem (köpük) dəriyə hərtərəfli, bərabər yaxılır. Sutkada bir və ya bir neçə dəfə, qeyri-məhdud miqdarda istifadə oluna bilər.
Отзывы
Clear filtersОтзывов пока нет.