Kətan yağının tərkibi doymamış yağ turşuları olan Omeqa-3 və Omeqa-6 maddələri ilə zəngindir. Həyati vacib olan bu turşular bədəndə sintez olunmadığından, ancaq qida vasitəsi ilə əldə edilir. Omeqa-3 yalnız Kətan yağı və balıq yağının tərkibində mövcuddur və Kətan yağında onun miqdarı iki dəfə çoxdur.
Kətan yağı iştahı azaldır, orqanizmdə maddələr mübadiləsini, həmçinin, yağ mübadiləsini gücləndirir, xolesterinin səviyyəsini aşağı salır. Bu xüsusiyyətlərinə görə arıqlamaq üçün geniş istifadə edilir. Kətan yağının gündəlik qəbulu, miokard infarktının və insultun profilaktikasında öz müsbət təsirini göstərir. Şəkərli diabet xəstələri üçün tövsiyə olunur və bu zaman xəstəliyin dağıdıcı proseslərini ləngidir.
Qəbul qaydası: Gündə 1 xörək qaşığı x2 dəfə, yemək vaxtı. Kurs 4-6 ay davam etdirilir.
Kulinariyada: Kətan yağı müxtəlif yeməklərə, salatlara, sıyıqlara qatılır, kəsmiklə qarışdırılır, xüsusi ətir vermək üçün şirniyyatlara əlavə edilir.
Kosmetologiyada: Kətan yağı quru saçlar və seboreya zamanı saçların artımı və möhkəmlənməsi üçün istifadə edilir. Saçlara və başın dərisinə sürtülür, 10-30 dəqiqə sonra şampunla yuyulur. Bu yağ dərini nəmləndirir və sakitləşdirir, xırda qırışları hamarlayır. Gecə üz və əl kremi ilə eyni zamanda və ya onlara qatılaraq dəriyə çəkilə bilər. Səhər xüsusi kosmetik məhlulla yuyulur. Göz ətrafına çəkmək tövsiyə olunmur.
Reviews
Clear filtersThere are no reviews yet.