Qara Zirə yağının tərkibində doymamış yağ turşuları – Omeqa-6 və Omeqa-9 vardır ki, bunlar da ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Bu yağın mütəmadi qəbulu sinir sisteminə müsbət təsir göstərir. Orqanizmin reproduktiv funksiyasını yaxşılaşdırır, hormonal balansı və qadınlarda menstrual sikli tənzimləyir. Qara Zirə həzmi gücləndirir, yağ mübadiləsini normallaşdırır və depolanmış piylərin sorulmasına səbəb olur. Bu xüsusiyyətinə görə, hətta oturaq həyat tərzi keçirən şəxslərin də arıqlamasında əhəmiyyətli rol oynayır. Qara Zirənin unikal antibakterial xüsusiyyəti, bədəndəki faydalı bakteriyalara təsir etmədən, zərərli bakteriyaları məhv etməyə kömək edir. Qara Zirə yağı immuniteti gücləndirir və orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır.
Qəbul qaydası: Gündə 1 çay qaşığı x2 dəfə, səhər və axşam, yeməkdən 20 dəqiqə sonra ilıq su ilə içilir.
Kulinariyada: Qara Zirə yağı salatlara və şirniyyatlara qatılır.
Kosmetologiyada: Qara Zirə yağı yağlı və problemli üz dərisi üçün istifadə olunur. Az miqdarda dərinin zədələnmiş hissəsinə, allergik səpkilərə, ekzemalara və s. çəkilir. Bunun üçün Qara Zirə yağını eyni miqdarda Küncüt, Kətan və ya Sidr qozası yağı ilə qatmaq məsləhət görülür. Qara Zirə yağı üz dərisinin yaşlanma prosesini ləngidir, sallanmanı azaldır və dərini hamarlayır.
Reviews
Clear filtersThere are no reviews yet.