Günəşin A və B tipli Ultrabənövşəyi şüalarından (UVA/UVB) üz və bədən dərisini qoruyur. Günəş yanıqlarının qarşısını alır; Dəriyə asan yayılır, tez dəriyə hopur, ağ iz buraxmır və yapışqan hissiyat yaratmır. Suya davamlıdır və bütün növ dərilər üçün uyğundur.
Aerozolun tərkibindəki – D-Panatenol nəmləndirici, yumşaldıcı və hamarlayıcı təsirə malikdir. Dərini elastik edir, sakitləşdirir, qıcıqlanmanı aradan götürür və qabıqlanmanın qarşısını alır; Allantoin dəri hüceyrələrinin regenerasiyasına önəmli təsir göstərir. Antioksidant aktivliyə malikdir, dərini yumşaldır və nəmləndirir; Vitamin E, antioksidant özəlliyi sayəsində, dəridə hüceyrədaxili oksigen mübadiləsini stimullaşdırır, hüceyrə membranını möhkəmləndirir.
İstifadə qaydası: Əvvəlcə balon yüngülcə çalxalanır. Günəşə çıxmazdan 20-30 dəqiqə qabaq aerozol püskürdülməklə dəriyə hərtərəfli, bərabər yaxılır. Günəşdə olduğunuz müddətdə, qalıcı effektə nail olmaq üçün hər 2 saatdan bir, həmçinin, dənizdə (hovuzda) çiməndən sonra istifadə olunur.
Reviews
Clear filtersThere are no reviews yet.